“Həvəskar peyk modelləşdirilməsi”’ müsabiqəsinə qeydiyyat davam edir

heveskar-peyk-modellesdirilmesi-musabiqesine-qeydiyyat-davam-edir
Oxunma sayı: 1145

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində tələbələr üçün nəzərdə tutulmuş “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) müsabiqəsinə qeydiyyat davam edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, festivalın önəmli müsabiqələrindən biri olan “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) tələbələrin kosmik sahədə nəzəri və yeni praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və onun idarə olunması sahəsində yerli mütəxəssislərin hazırlanması məqsədini daşıyır.

Sözügedən müsabiqə tələbələrin mexanika, elektronika və proqramlaşdırma sahələrindəki baza biliklərinin formalaşmasına təkan verəcək. Bundan əlavə, tələbələr komanda işi, təqdimat və planlaşdırma bacarıqlarını təkmilləşdirə biləcəklər.

Tələbələrdən ibarət komandalar B kateqoriyasını təmsil etməklə I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/

Əlavə məlumat əldə etmək üçün: əlaqə nömrəsi: 050 251 40 28, imeyl: [email protected], veb-sayt: teknofest.az.