Mətanət Matilda hal-hazırda Sumqayıt Dram Teatrının aktrisasıdır, bir zamanlar isə İrəvan Teatrında da çalışıb. Aktrisa bu yaxınlarda rejissoru Naci Çelik Berksoy olduğu “Həyat varsa” serialında çəkilib. Qeyd edək ki, bu aktrisanın filmdə debut işidir. Aktrisa teatr, kino həyatında oynamaq istədiyi rollar haqda “Qafqazinfo”ya danışıb:“Onu qeyd edim ki, mən teatr aktrisasıyam. Sumqayıt Dram Teatrının səhnəsində “Sən həmişə mənimləsən” tamaşasında Nargilənin anası, Abdulla Şaiqin “Qaraca qız” əsərində Yasəmən, Əli Əmirlinin “Köhnə ev” əsərinin tamaşasında Zara, “Məhəbbət və Cinayət” tamaşasında ananı, Zaman dini teatrında “Məbəs” də qadın rolunu, İrəvan Teatrında isə M. Ibrahimbəyovun “Qum üstündə ev” əsərinin tamaşasında bacı rollarını oynamışam.
Teatrın səhnəsində həmişə dəyişkən rollarla çıxış etmişəm. Amma bütün bunlara baxmayaraq “Təhminə və Zaur” tamaşasında Təhminəni, “Hamlet” tamaşasında isə Gerturuda rollarını oynamaq ən böyük arzumdur. Gözəl, mənalı, tarixi filmlərdə də çəkilmək istərdim. Amma çox heyf ki, paytaxtdan kənar teatrların aktrisalarından filmlərdə çox az istifadə edilir”.
Aktrisa çəkildiyi “Həyat varsa” serialından da danışaraq hələ ki, oynadığı rolun təsirindən çıxmadığını bildirib:
“Əvvəla məni bu filmə dəvət edən kastinq direktoru Mehman Məmmədova öz minnətdarlığımı bildirirəm. Türk rejissoru Naci Çelik Berksoy aktyora sərbəstlik verməyi bacaran rejissordur. Film elə ilk göndən məni tutdu, çrək ağrısı ilə oynadım. Çünki xəstə uşaq anasını oynamaq mənim üçün bir az ağır gəldi. Bir də baxdım ki, çəkiliş qurtarıb. Heç bilmədim vaxt necə gəlib keçdi. Filmdə əməkdar artist Əhməd Salahov, aktrisa Ruhiyyə Həsənova, gənc aktyor (jurnalist) Əli Novruzəliyev ilə tərəf müqabili idim. Onu da deyim ki, Əlinin ifası mənə çox təsir etdi. İnşallah inanıram ki, filmlərə çəkilməyim davamlı olacaq” deyə aktrisa bildirib.
Həmin filmi sizlərə təqdim edirik.
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər