“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, “Yeri gəlmişkən” verilişinin qonağı olan müğənni xanımlara məsləhət verib:
“Əgər kişi xanımına elədiyindən artığını verə bilmirsə, ondan artığını tələb etmək lazım deyil. Qadın kişiyə deməməlidir avtomobil al. Üzük ala bilmədi deyə, gedib başqa kişi ilə “pıç-pıç” etməməlidir. Durub özünü kiminsə sırasına qoyub onun kimi olmaq olmaz. Kişini özün kimi etməyə çalışma.
Ailədə sevgi bir, iki, üç il yaşayır. Səni başa düşməyən qadın olanda ailə davam gətirmir. İllər keçdikcə məhəbbət olmur, yerini hörmət alır. Mən sevsəm də, sevməsəm də, həyat yoldaşımın yanında əsgər olmuşam. Mənə görə nələrisə qurban verən adamın yanında kişi kimi xasiyyət göstərmişəm”.
Son xəbərlər
Son Xəbərlər