Həyat yoldaşından “Toppuş bacı”ya qadağa

heyat-yoldasindan-toppus-baciya-qadaga
Oxunma sayı: 2412


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, aktrisa həyat yoldaşının ona qoyduğu qadağadan danışıb: 

“Ailə qurandan sonra telefon işlətmirəm. Mənim nömrəmi də Röyal istifadə edir. Bu, onun istəyidir. Düzünü desəm, heç özüm də həvəsində deyiləm. Səhər çəkiliş meydançasına gedirəm, axşama kimi də orada oluram. Telefonla danışmağa vaxtım yoxdur. Kiməsə lazım olanda, yoldaşımı yığır, o da mənə deyir”.

Bütün yayı çəkilişlərdə olacağını deyən “Toppuş” istirahətə getməyəcəyini söyləyib:

“Avqustun ilk günlərinə qədər veriliş və serial çəkilişlərimiz davam edəcək. Ondan sonra isə yeni mövsüm üçün layihə hazırlayacağıq. Arada bir həftəlik istirahətim olacaq ki, onu da rayonda qaynatamgildə keçirməyi planlaşdırırıq”.