“Vikipediyamı kimin yaratdığını heç bilmirəm. Hər kəs bilir ki, üç oğul övladım var. Amma oradakı məlumatda yanlışlıqla beş övlad yazılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Babək Niftəliyev “Üzə düz” verilişində deyib.
Xanəndə hər dəfə həmin məlumatı sildirdiyini bildirib: “Sonra yenə beş görürəm. Ümid edirəm ki, indiki çağrışımı da dəyərli dostlar görüb o səhvi aradan qaldıracaq.
Niftəliyev həyat yoldaşını efirdə göstərən sənətçilərə pis baxdığını açıqlayıb: “İstərdim ki, qız övladım da olsun. Qardaşlarımın iki qızı var, onları görürəm, çox ürəyimdən keçir. Şəxsi həyat barədə danışmağı sevmirəm. Sənətçi öz şəxsi həyatını heç vaxt efirə danışmamalıdır. O, özəli olaraq evdə qalmalıdır! İnsan öz həyat yoldaşını efirdə göstərməz. Mən onlara çox pis baxıram. Olmaz!”.
Əməkdar artistin sözlərinə görə, bəzən sənətlə şəxsiyyət amili üst-üstə düşmür: “Dostlarımızın içində də elə sənət yoldaşlarımız var ki, yaxşı sənəti olmasa da, yaxşı oğlanlığı var. Biri pisləyəndə deyirsən ki, yox, yaxşı oğlandır. İfası olmasa da... Yaxşı musiqiçi olmasa da, yoldaşlığı var. Elə sənətkar da var ki, yaxşı sənətkardır, amma çox pis insandır. Elə deyirsən ki, bu insana kənardan qulaq asasan, içəri daxil olmayasan. Həmin sənətkarla oturub söhbət etməyəsən. Deyirsən, bu, ifaçı kimi nə gözəldir... Səsi üçün ölürsən, amma onunla iki kəlimə söz kəsə bilmirsən”.
Son xəbərlər
Son Xəbərlər