Türkiyəli aktyor Oktay Kaynarca aktyor-teleaparıcı Kənan İşıkın fanatlarını əsəbləşdirib.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Kaynarca “Bəyaz TV”də yayımlanan “Söylemezsem olmaz” proqramında K. İşıkdan danışıb. Bu zaman o, bilmədən teleaaprıcı haqqında “mərhum” ifadəsini işlədib. Lakin daha sonra üzr istəyərək səhvini düzəldib.
Onun bu çıxışı sosial şəbəkələrdə Kənan İşıkın fanatlarının tənqidinə səbəb olub.
Xatırladaq ki, Kənan İşık 2014-cü ilin mart ayında idman zalında yıxılaraq başından zərbə alıb, beynində qanaxma baş verib. Aktyor 2 ildən artıqdır ki, komadadır.
Son xəbərlər
Son Xəbərlər