“Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm”

“Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm”
Oxunma sayı: 3569

İsrailin “Aşdod” klubunun baş məşqçisi Ran Ben Şimon Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı bildirib:

Hələ ki, oyuna bir gün qalıb və matça hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu görəcəyik. Rəqib keyfiyyəlti oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur”.

51 yaşlı mütəxəssis “Qarabağ”dan çəkinirsiniz?” sualına belə cavab verib: “Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm (gülür). Çünki o, güclü şəxsiyyətdir.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.