Axşam.az-ın məlumatına görə, “Şou+” verilişinə açıqlama verən sənətçi sevgisi ilə bağlı etiraflar edib. Hazırda qəlbi boş olan Günay depressiyaya düşməkdən qorxur:
“Mənim də həyatımda nakam sevgi olub. Bundan peşman da deyiləm. Sevgi pis hiss deyil. Vay o günə heç sevməyəsən. Bu hissi bilməyənə yazıq kimi baxıram. Hazırda qəlbim boşdur. Həyatımda kimsə olsa deyəcəm, gizlətməyi xoşlamıram. Məni istəyənlər çoxdur. Amma ətrafımda çox xəyanət, boşanma görürəm. Bu da psixologiyama təsir edir. Deyirəm münasibət quraram, alınmaz, depressiyaya düşərəm”.
Türkiyəli ifaçı Zinət Salıya bənzədilməsindən söz açan G.İbrahimli bundan narahat olmadığını bildirib:
“Yeni imicimi Zinət Salıya bənzədirdilər. Onun son klipinə baxdım. Bu fikirlə özüm də razıyam. Ona bənzərliyim var”.
Son xəbərlər
Son Xəbərlər