“Həyatımda yeni mərhələ başlayıb”- - Nərgiz Paşayeva+Fotolar

heyatimda-yeni-merhele-baslayib-
Oxunma sayı: 2927


“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, tədbiri giriş sözü ilə açan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin direktorları professorlar Robert Hoyland və Nərgiz Paşayeva konfrans iştirakçılarını salamlayıblar. 

Professor Nərgiz Paşayeva belə bir tədbirin keçirilməsindən məmnunluq duyduğunu bildirib:

“Artıq bir neçə ildir ki, mənim peşəkar həyatımda yeni bir mərhələ başlayıb. Bu, Oksford Universiteti ilə qurulan, rəsmi statusa malik və artıq universitetin bir hissəsi kimi qəbul olunan Nizami Gəncəvi adına Mərkəzin yaradılmasıdır.

Ümid edirəm ki, biz, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin vasitəsilə Azərbaycan və onun yerləşdiyi bölgə haqqında dünyanın elmi ictimaiyyətində maraq doğuran bütün suallara cavab tapa biləcəyik”.

Sonda professor Nərgiz Paşayeva və Oksford Universitetinin İranşünaslıq üzrə professoru Edmund Hertsiq konfransın işinə yekun vurublar.