“Həyatımızla bağlı qərar verirlər, hansı güzəşti etmək olar?”

heyatimizla-bagli-qerar-verirler-hansi-guzesti-etmek-olar
Oxunma sayı: 2633

“Rezidenturaya 1000-dən çox şəxs sənəd verib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib. O qeyd edib ki, rezidentura imtahanlarının avqustda baş tutması gözlənilir:

“Ancaq qabaqcadan dəqiq tarix demək hazırkı şəraitə görə mümkün deyil. Rezidentura imtahanına girən şəxslərin hər biri həkimdir və onlara hansı güzəşt tətbiq etmək olar? Onlar bizim həyatımızla bağlı qərar verirlər. Balları aşağı salmağa ehtiyac olmayacaq”.

Günel Hacı