“Həyatını itirən rus əsgərlərinin sayı 35 minə çatıb” - Ukrayna Baş Qərargahı

“Həyatını itirən rus əsgərlərinin sayı 35 minə çatıb”
Oxunma sayı: 1285

Rusiya-Ukrayna müharibəsində 35 min rus əsgəri həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Baş Qərargahı açıqlama verib.

Bildirilib ki, bu günə qədər Rusiya ordusuna məxsus ümumilikdə 1552 tank, 3 min 687 zirehli texnika və 2 min 575 texnika, o cümlədən 771 artilleriya sistemi, 243 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 101 hava hücumundan müdafiə sistemi məhv edilib, 217 döyüş təyyarəsi, 184 helikopter və 636 pilotsuz uçuş aparatı vurulub.