Həyatının ən çətin namazını qıldırdı... - Şəhid oğluna

heyatinin-en-cetin-namazini-qildirdi
Oxunma sayı: 4373

Şırnakda PKK terror təşkilatına qarşı əməliyyatlar zamanı şəhid olan Xüsusi Təyinatlı Polisi Əmrə Bəkərin cənazə namazını imam olan atası Uğur Bəkər qıldırıb.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ata evinə gətirilən şəhidin cənazəsində ailə üzvləri, yaxınları və on minlərlə insan iştirak edib. Çətinliklə ayaqda duran ata Bəkər cənazə namazının ardından göz yaşlarına hakim ola bilməyib. Cənazə Ovasaray kənd qəbiristanlığında torpağa verilib.