“Qafqazinfo”nun məlumatına görə, Gənclər və İdman Nazirliyinin 2012-ci ildən davam edən "Sağlam həyat tərzi" layihəsi çərçivəsində teatrın "Həyatla oyun" tamaşası artıq 47 rayonda, 21 ali və 15 orta ixtisas məktəbində də nümayiş olunub. Nümayişdən sonra isə gənclərlə fikir mübadiləsi aparılıb və narkomaniyanın zərərlərindən bəhs edilib.
Tamaşanın Səbail, Abşeron rayonlarında və Sumqayıt şəhərində nümayişi planlaşdırılır.
Martın ilk həftəsində isə teatr “Həyatla oyun” tamaşası ilə 7 rayonda qastrol səfərində olacaq.
Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşasında hadisələr real həyatdan götürülüb.
Könül
Son xəbərlər
Son Xəbərlər