“Heydər Əliyev 10 minlərlə azərbaycanlını soyqırımdan xilas etdi”

heyder-eliyev-10-minlerle-azerbaycanlini-soyqirimdan-xilas-etdi
Oxunma sayı: 1494

Bu gün parlamentin iclasında deputat Tahir Kərimli qondarma erməni soyqırımı, 31 mart azərbaycanlıların soyqırımı və SSRİ vaxtı ermənilərin ayrı-ayrı vaxtlarda həyata keçirdiyi soyqırımlardan danışıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, T.Kərimli bildirib ki, Heydər Əliyevin müdaxiləsi ilə bir soyqırımın qarşısı alınıb: “1965-ci ildə Qərbi Azərbaycana bir qonaq gəlmişdi. Həmin qonaq Krosnaselski rayonunun birinci katibi Əli Həsənovla görüşür.

Bu şəxs o zaman Dövlət Təhlükəsizlik Komitəsinin rəis müavini Heydər Əliyev idi. Həmin zamanlarda azərbaycanlıların soyqırımı nəzərdə tutulurdu. Bunun qarşısını məhz Heydər Əliyev ala bildi. Heydər Əliyev o vaxt 10 minlərlə azərbaycanlını soyqırımdan xilas etdi”.