Heydər Əliyev BANM-də anıldı

heyder-eliyev-banm-de-anildi
Oxunma sayı: 684

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Bakı Ali Neft Məktəbində (BANM) anılıb.

Qafqazinfo”ya daxil olan məlumata görə, ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Bununla yanaşı, mayın 10-da BANM-in bütün tədris auditoriyalarında onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında xidmətləri haqqında danışılıb.

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Dövlət Bayraq Muzeyində seminar təşkil olunub. BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev tərəfindən BANM tələbələri üçün “Heydər Əliyevin siyasi portreti” adlı seminar keçirilib.

Seminarda Heydər Əliyevin siyasi fəaliyyətindən, onun həyata keçirdiyi dövlət siyasətindən söz açılıb və bu sahədə xidmətləri vurğulanıb.

Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb.