Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdü

heyder-eliyev-fondu-emekdar-artistin-mualicesini-uzerine-goturdu
Oxunma sayı: 1867

Heydər Əliyev Fondu Əməkdar artist Rəhman Rəhmanovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə aktyorun özü bildirib.

O, buna görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Qeyd edək ki, dünən qəfil halı pisləşən əməkdar artist Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına daha sonra isə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.