Heydər Əliyev Fondu fermerlərin məhsulunun 100-dən çox yük maşını ilə ixracında yardım etdi - Fotolar+Video

heyder-eliyev-fondu-fermerlerin-mehsulunun-100-den-cox-yuk-masini-ile-ixracinda-yardim-etdi
Oxunma sayı: 4160

Azərbaycanın cənub bölgəsində kartof istehsalı ilə məşğul olan fermerlər məhsulun xarici ölkələrə ixracı üçün qablaşdırılmasında yaranmış problemlə bağlı Heydər Əliyev Fonduna müraciət ediblər. 

“Qafqazinfo” xəbər verir ki, kəndli-sahibkarlar yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbindən qablaşdırma məhsullarında çatışmazlıq yarandığını və nəticədə Rusiya, Şərqi Avropa və Orta Asiya ölkələrinə göndərilməli tonlarla kartofun açıq sahədə xarab olma təhlükəsiylə üz-üzə qaldığını bildiriblər. 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təcili olaraq 500-dən çox fermer 60 mindən artıq çoxqatlı kağız kisə ilə təmin edib. Bu kisələr ümumilikdə 2400 tondan artıq kartofun qablaşdırılmasına imkan verir. Məhsulun ilk partiyası qablaşdırılaraq yola salınıb. Ümumilikdə isə fermerlərin məhsulu olan 100-dən çox yük maşını xaricə yola salınacaq. Bununla da tonlarla kartofun açıq sahələrdə qalaraq xarab olmasının qarşısı alınıb və fermerlərə ixrac üçün imkan yaradılıb.