Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil etdi- - Fotolar

heyder-eliyev-fondu-usaqlar-ucun-senlik-teskil-etdi-
Oxunma sayı: 1322


“Qafqazinfo” xəbər verir ki, şənlik Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən 200-dək uşağı bir araya gətirib. 

Xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Onlar idman oyunlarında, əyləncəli proqramlarda, yarışlarda iştirak ediblər.

Fondun himayəsi altında uşaqlarla bağlı həyata keçirilən aksiyalar məcburi köçkün ailələrindən olan, həmçinin diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına, buradakı uşaqlarla bağlı müxtəlif layihələrin həyata keçirilməsinə, yeni məktəb binalarının tikilməsinə yönəlib.

“Qafqazinfo”