“Qafqazinfo” buro247.az-a istinadən xəbər verir ki, namizədlər sırasında tanınmış memarlardan Zaha Hadid, Devid Çipperfild və Con Pouson, dizaynerlərdən isə Treysi Nyuls, BarberOsgerby studiyası və Konstantin Qrçiçin adı var. "İlin dizaynı"na memarlıq, mebel, moda, qrafika, rəqəmsal dizayn və nəqliyyat kateqoriyaları daxildir.
"İlin dizaynı" olmağa iddialı layihələr arasında dünya şöhrətli memar Zaha Hadidin layihəsi, Bakıda müasir memarlığın ən gözəl nümunəsi sayılan Heydər Əliyev Mərkəzi də var.
Layihələrin hamısı martın 26-dan avqustun 25-dək Londonun Dizayn Muzeyində keçiriləcək sərgidə hər bir kateqoriyada qaliblər və bir ümumi qalib elan olunacaq.
Son xəbərlər
Son Xəbərlər