Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırılır - Video+Fotolar

heyder-eliyev-merkezi-turkiye-bayragi-ile-isiqlandirilir
Oxunma sayı: 2963

Bu gündən etibarən Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq  Heydər Əliyev Mərkəzinin binası Türkiyə bayrağı ilə işıqlandırılır.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcəkdir.

Fotolar: Müzəffər İsmayılov