Heydər Əliyev Mərkəzində Türkiyə bayrağı videoproyeksiya olunacaq

heyder-eliyev-merkezinde-turkiye-bayragi-videoproyeksiya-olunacaq
Oxunma sayı: 1751

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunacaq.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək. 

Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün sabah saat 19.30-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaqlar.