Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək - Video

heyder-eliyev-merkezinden-boyuk-britaniyaya-destek
Oxunma sayı: 1488

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bayrağı videoproyeksiya olunub.

"Qafqazinfo" xəbər verir ki, bayraq təsvirini  bu ölkənin musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.