Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək - Video

heyder-eliyev-merkezinden-gurcustana-destek
Oxunma sayı: 1959

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.

"Qafqazinfo" xəbər verir ki, aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və Amerka Birləşmiş Ştatlarının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.