Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunacaq - Foto

heyder-eliyev-merkezinin-parkinda-usaq-festivali-teskil-olunacaq
Oxunma sayı: 2949

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək festival  saat 15:00-da start götürəcək.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsindəki  “Uşaq festivalı”nda hər bir uşaq öz maraq dairəsinə uyğun əylənə biləcək.

Tədbirin keçirildiyi məkan – Heydər Əliyev Mərkəzinin parkı böyük ərazini əhatə etdiyindən festival zamanı bura sanki uşaq şəhərciyinə bənzəyəcək.

Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncə növləri, maarifləndirici proqramlar təqdim olunacaq. Hər bir uşağın öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılacaq.

Tədbirə giriş sərbəstdir.