“Qafqazinfo” xəbər verir ki, bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin “Böyükşor” yol qovşağından “Suraxanı” yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edir.
Son xəbərlər
Son Xəbərlər