Heydər Əliyev prospekti bir neçə saatlıq bağlanacaq

heyder-eliyev-prospekti-bir-nece-saatliq-baglanacaq
Oxunma sayı: 2187

Bu gecə Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə yan yollar boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 27-dən 28-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.