“Qafqazinfo”nun Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, hazırda yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənir və səki daşları dəyişdirilir.
Bundan əlavə, zəruri yerlərdə kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, yolun kənarında isə yaşıllıq zonası salınır.
Təmir işləri başa çatandan sonra Heydər Əliyev prospektinin digər bir hissəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından metronun “Koroğlu” stansiyasına qədər olan hissə təmir işlərinin aparılması məqsədilə nəqliyyat vasitələri üçün bağlanacaq.
Son xəbərlər
Son Xəbərlər