Heydər Əliyev prospektində güclü yanğın oldu - Yenilənib

heyder-eliyev-prospektinde-guclu-yangin-oldu
Oxunma sayı: 6843

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi başlayıb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.