Heydər Əliyev prospektində qəza

heyder-eliyev-prospektinde-qeza
Oxunma sayı: 1465

Bakının ən böyük prospekti olan Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

“Qafqazinfo” lent.az-a istinadən bildirir ki, Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospekti 30 ünvanının qarşısında "Nissan X Trail" markalı minik avtomobili məişət tullantılarını daşıyan yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.