“Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə

heyder-eliyev-ve-azerbaycan-metbuati-movzusunda-muhazire
Oxunma sayı: 748

Nizami Rayon İcra Hakimiyyəti Bilik Fondu ilə birgə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edib. “Qafqazinfo”ya daxil olan məlumata görə, İcra başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, mətbuat sahəsinin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O, hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsinə və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib.

Müzakirəyə qoşulan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsini, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılmasını əsas vəzifə kimi qarşıya qoyduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. 

Vüqar Rəhimzadə bildirib ki, 1998-ci ildə senzuranın ləğvindən sonra müstəqil mətbuat ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrildi. 

Mühazirə qarşılıqlı diskussiya şəklində davam etdirilib, gənclərin sualları cavablandırılıb.