“Heydər Əliyev və Azərbaycan Polisi” adlı tədbir keçirildi - Foto

heyder-eliyev-ve-azerbaycan-polisi-adli-tedbir-kecirildi
Oxunma sayı: 1698

Daşkəsəndə “Heydər Əliyev və Azərbaycan Polisi” və “Narkomaniyaya yox deyək!” mövzularında tədbir keçirib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, tədbirdə Daşkəsən Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər və məktəblilər iştirak ediblər.

Daşkəsən RPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev bildirib ki, Ümummilli lidеr Hеydər Əliyеv Azərbaycana birinci rəhbərliyi dövründə respublikada daхili işlər orqanlarının milli kadr potеnsialının formalaşdırılmasının qayğısına qalıb:

"1971-ci ildə isə şəxsi prinsipiallığı və əzmkarlığı ilə İttifaq hökumətinə təsir edərək Bakıda Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olan Ümummilli Lider Heydər Əliyev ən böyük fundamental təhsil kompleksinin əsasını qoydu. 1921-ci ilin sentyabrın 28-də Bakı Milis Məktəbi kimi təsis edilən, 1957-ci il fevralın 23-də Bakı Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam etdirən təhsil müəssisəsinin bazasında isə 1992-ci il mayın 23-də Azərbaycan Polis Akademiyası yaradıldı. Bu ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək peşəkar milli polis kadrlarının hazırlanmasında əldə edilən nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafından ötrü atdığı ən böyük addımlardan biri idi.

Ulu Öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə Fərman imzalayıb. Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanıb, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olunub.

Prezident İlham Əliyev tərəfindən imzalanmış müxtəlif Fərman və Sərəncamlar, habelə dövlət proqramları əsasında hazırda narkomanlıq və narkomaniyanın qarşısının alınması istiqamətində mübarizə uğurla icra olunur".

Görüş qarşılıqlı müzakirə şəraitində keçərək sonda məlumatlandırıcı videoçarx nümayiş olunub.