Heydər Əliyev Volqoqradda anılıb

heyder-eliyev-volqoqradda-anilib
Oxunma sayı: 1078

Volqoqradda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı dostluq parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR ) Volqorad şəhər təşkilatının sədri Dunya Əhdova, Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov, Volqoqrad şəhər dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya, Volqoqrad şəhər administrasiyasının başçısının müavini Dmitriy Lebetenko, general Safonov Vladislav Nikolayeviç, Volqoqrad şəhərində yaşayan xalqların və millətlərin icma rəhbərləri və Volqoqrad şəhər sakinləri iştirak ediblər.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarını salamlayaraq, Rusiya-Azərbaycan dostluğu haqqında danışıb. 

Volqoqrad şəhər dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya Heydər Əliyevin xalqı və dövləti naminə gördüyü işlərdən danışıb.

Tədbirdə iştirak edən fəxri qonaq general Safonov Vladislav Nikolayeviç tədbir iştirakçılarını salamlayaraq, Heydər Əliyev haqqında olan xatirələrini, onunla görüşlərini və söhbətlərini danışıb. 

Sonra Qafqaz ritmləri ansamblının ifasında “Uzun dərə” rəqsini seyr ediblər.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.