SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil” mövzusunda I BANM Biznes forumu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov forumun əhəmiyyətinə toxunaraq bildirib ki, bu forum sürətlə dəyişən dövrdə biznes və təhsil sahəsinin sıx əlaqələrini, çağırışlara cavab vermək üçün fərqli yanaşmaları, təhsil müəssisələrinin prosesə hazırlığını müzakirə etmək, yeni ideyalar barədə fikir mübadiləsi aparmaq baxımından faydalı platformadır.
Rektor qeyd edib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş və dövlət qurumları, xarici və yerli ali təhsil müəssisələri nümayəndələrinin, iş adamlarının iştirak etdiyi bu ilk forumda müzakirə olunan mövzular aktuallığı ilə seçilir. O, forumun qarşıya qoyulan məqsədlərə çatacağına, biznes və təhsil əlaqələrinə yeni töhfə verəcəyinə əminliyini bildirib və qeyd edib ki, gələcəkdə Ali Məktəb bu cür forumları ənənəvi olaraq keçirməyi planlaşdırır.
Forum işini 2 panel iclası ilə davam etdirib.


Son xəbərlər
Son Xəbərlər