Heydər Əliyevin 100 illiyinə həsr edilən “Əbədi zirvə” adlı tədbir keçirildi - Fotolar

heyder-eliyevin-100-illiyine-hesr-edilen-ebedi-zirve-adli-tedbir-kecirildi
Oxunma sayı: 1369

5 mayda "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"ndə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Əbədi zirvə" adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, "Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş tədbirin əsas məqsədi böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin şanlı tariximizdəki əbədi və dəyişməz rolunu bir daha şagirdlərə aşılamaq olub.

Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov və Vüqar İskəndərov, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər qonaqlar iştirak edib. 

Tədbirdə şagirdlər tərəfindən hazırlanan çıxışlar böyük maraqla qarşılanıb.