Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı konsert

heyder-eliyevin-94-cu-ildonumu-ile-bagli-konsert
Oxunma sayı: 1181

Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə may ayının 2-də  Kamera və orqan musiqisi zalında  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  konserti keçirilib.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  bildirib ki, Ulu öndərimizin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapdı:

"İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır".

Daha sonra musiqi məktəbinin istedadlı şagirdləri Q.Qarayev adına  Azərbaycan Dövlət Kamera Orkestri və dirijor Xalq artisti Teymur Göyçayevin  müşayəti ilə musiqi əsərlərini səsləndiriblər.