Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi Füzulidə qeyd edilir - Foto

Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi Füzulidə qeyd edilir
Oxunma sayı: 732

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən 50 il ötür. 

“Qafqazinfo” xəbər verir ki, Füzuli rayonunda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi geniş qeyd edilib. Bununla bağlı Füzuli rayon İcra Hakimiyyəti Heydər Əliyevin sözügedən rayonda gördüyü işlərlə bağlı məlumat hazırlayıb: 

“Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələnə kimi Azərbaycan SSRİ-nin ən geridə qalmış rayonlarından olan Füzulidə kənd təsərrüfatının, iqtisadiyyatın inkişafı məhz 1969-1982-ci illərə təsadüf edir.

Ulu öndər Heydər Əliyev Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə 2 dəfə Füzuli rayonunda olub, kolxoz və sovxozlara baş çəkib, rayonun əməkçiləri ilə görüşüb. Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə Füzulidə sənaye istehsalı, o cümlədən kənd təsərrüfatının ayrı-ayrı sahələri – heyvandarlıq, taxılçılıq, üzümçülük, baramaçılıq,bostan-tərəvəz istehsalı bir neçə dəfə artıb.

Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvar ayında Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilib. Düşməndən azad olunmuş yaşayış məntəqələrində Ulu Öndərin rəhbərliyi ilə geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb, yandırılmış və dağıdılmış evlər, infrastruktur obyektləri bərpa olunub, məcburi köçkün ailələri üçün yeni qəsəbələr salınıb, müxtəlif şəhər və rayonda məskunlaşan füzulili məcburi köçkünlər öz doğma torpaqlarına qayıdıblar”.

Qeyd edilib ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 minə yaxın insan yaşayır və işləyir.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi