Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Bir çox çinli izləyici diqqət yetirib ki, atanız Çinə rəsmi səfərləri zamanı rəsmi proqramdan əlavə o, sadə çinli ailələrlə görüşüb və onların həyatı ilə maraqlanıb. Çinli məktəblilərlə görüşüb və bölgələrə səfərlər edib. Buraya biz fotoları gətirmişik və Sizdən xahiş edək ki, bunlarla bağlı əlavə məlumat verəsiniz. Məsələn, bu şəkil 1990-cı illərdə çəkilib. Burada o və çinli ailədir” sualını da cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı cavabında deyib:
“Bəli. Bu, bir daha onu nümayiş etdirir ki, sizin dediyiniz kimi, o, yalnız rəsmi təmaslarla kifayətlənmirdi və xalqlar arasında münasibətlər qurmağa çalışırdı. Bu foto da məhz onu nümayiş etdirir”.
Xatırladaq ki, dövlət başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.
Son xəbərlər
Son Xəbərlər