Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər keçirilir.
İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, həmin tədbirlərdən biri də Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunub.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Nəsimi rayon İcra başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.
Başçı bildirib ki, mərhum prezidentin Azərbaycan tarixindəki yeri müstəsna və önəmlidir:
“Heydər Əliyev Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrini yaşadıbdır. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub”.
Sonra Azərbaycan Televiziyasının Niyazi adına Simfonik Orkestrinin ifasinda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin əsərləri ifa edilib və orkestrin müşayəti ilə çıxiş edən tanınmış incəsənət xadimlərinin - Mənsum İbrahimovun, Aygün Bayramovanın, Ağadadaş Ağayevin və digərlərinin ifaları mərasimi daha rəngarəng edib.
Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd-şou göstərilib.
Son xəbərlər
Son Xəbərlər