Heydər Əsədov görüş keçirəcək

heyder-esedov-gorus-kecirecek
Oxunma sayı: 695

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 9-da Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və  Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.  

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.