Həyəcan davam edir -Yenilənib

heyecan-davam-edir-yenilenib
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” “İnter”i, “Kəpəz” də “Azal”ı qəbul edir. .Bu oyunda “Qəbələ”nin qalib gəlməsi onun 5-ci sıradakı yerini möhkəmləndirəcək. Elə “İnter”də 3 xal götürəcəyi təqdirdə turnir 2-liyini möhkəmləndirmiş olacaq. Autsayder “Kəpəz”in udması klub üçün elə bir ciddi dəyişiklik kəsb etməyəcək. Çünki Gəncə təmsilçiləri hazırda 10 xalla sonuncu sırada yer alıblar.

***
“İnter” səfərdə “Qəbələ” üzərində 2-1 hesablı qələbə qazanıb və xallarının sayını 44-ə çatdırıb. “İnter”in qələbə qollarını 26-cı dəqiqədə Asif Məmmədov,29-cu dəqiqədə isə Yuri Fomenko vurub . “Qəbələ” yalnız oyunun 62-ci dəqiqəsində Viktor Mnedi ilə hesab arasındakı fərqi azaldıb.

“Azal” da autsayder “Kəpəz” üzərində rahat qələbə qazanıb. Təyyarəçilər rəqiblərini 3-1 hesabı ilə məğlub ediblər.

İqbal