“Həyəcan Siqnalı” davam edir - - Fotolar

heyecan-siqnali-davam-edir-
Oxunma sayı: 973


“Qafqazinfo” xəbər verir ki, layihənin ikinci günündə iştirakçılar üçün növbəti təlimlər keçirilib.

Müdafiyə Nazirliyinin nümayəndəsi, ehtiyyatda olan zabit Rövşən Hüseynov jurnalistlərə "Müharibə Jurnalistikasının qaydaları" haqqında təlim keçib. Təlim zamanı R.Hüseynov jurnalistlərə müharibə jurnalistikası haqqında, eyni zamanda jurnalist etikası haqqında danışıb.

Daha sonra isə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" haqqında təlim keçərək, jurnalistlərin suallarını cavablandırıb. 

Qeyd edək ki, təlimçilər və jurnalistlər arasında “Dağlıq Qarabağ və hərbi informasiyanın düzgün verilməsi haqqında” maraqlı diskussiya keçib.

“Qafqazinfo”