Həyət toyunda qaydaları pozan kəndlilər cərimələndi

Həyət toyunda qaydaları pozan kəndlilər cərimələndi
Oxunma sayı: 1699

Ucarda qeydiyyatdan keçmədən toy təşkil edən üç şadlıq sarayının rəhbərliyi cərimələnib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Şirvanda reyd zamanı “Xan”, “Taleh” və “Aygün” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və qonaqların müəyyən edilən say həddindən artıq olması aşkarlanıb.

Qayda pozuntuları ilə bağlı həmin sarayların inzibatçıları və toy sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Keçirilən reyd nəticəsində rayonun Qazyan və Alpı kəndlərində də eyni qayda pozuntuları aşkarlanıb.

Belə ki, Qazyan kənd sakini Sabir Ələkbərovun və Alpı kənd sakini Murad Fəxrətovun qaydaları pozaraq evinin həyətində 50 nəfərdən çox şəxsin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdəki şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.