Heyətdən uzaqlaşdırıldı, “Qalatasaray”la bağlı fotoları sildi

heyetden-uzaqlasdirildi-qalatasarayla-bagli-fotolari-sildi
Oxunma sayı: 1824

Türkiyənin "Qalatasaray" klubu Stiven Nzonzini əsas heyətdən kənarlaşdırıb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 

Buna 30 yaşlı yarımmüdafiəçinin məşqdə intizamsızlığa yol verməsi səbəb olub.

Qeyd edək ki, Fransa millisinin üzvü qərar açıqlandıqdan sonra İnstaqram hesabında "Qalatasaray"ı izləməyi dayandırıb. O, "Qalatasaray"la bağlı bütün fotolarını silib.