Həyətində dəmiryol xətti və vaqon var- - Fotolar

heyetinde-demiryol-xetti-ve-vaqon-var-
Oxunma sayı: 4078


“Qafqazinfo” virtual.org-a istinadən xəbər verir ki, Mərdəkanda bir neçə il əvvəl çəkilmiş yeni yolun kənarındakı evlərdən birinin həyətindəki bu orijinal “eksponat” ev sahibinə sovet dövründən yadigar qalıb. Belə ki, bir vaxtlar bu ərazidə dəmiryol xətti olub. Bakıətrafı qəsəbələrə işləyən elektrik qatarları buradan keçib gedib.

Sonradan yeni avtomagistralın çəkilişi ilə əlaqədar həmin dəmiryol xətti sökülüb. Köhnə bir qatar isə naməlum səbəblərdən həmin ərazidə qalıb. Görünür, relsləri sökərkən onun bir neçə metrlik hissəsini sökməyi unudublar, köhnə vaqonu söküb oradan aparmaq isə baha başa gəldiyindən onu orada atııb gediblər, ya da torpaq sahəsinin yeni sahibi bütün bunları antikvar əşya kimi saxlamaq istəyib.