Həyətində mini zoopark yaratdı - Video

heyetinde-mini-zoopark-yaratdi
Oxunma sayı: 3744

Astara sakini ekzotik quşlardan ibarət zoopark yaradıb.

“Qafqazinfo”nun Ans TV-yə istinadən məlumatına görə, Astara şəhər sakini Murad Muradov həyətyanı sahəsində yaratdığı mini zooparkda ekzotik, nadir quşlar bəsləyir.

İxtisasça hüquqşunas olan Muradın quşlara sevgisi, dediyinə görə, uşaq yaşlarından başlayıb. İlk əvvəl meylini göyərçinlərə salıb, sonradan isə nadir quşların aludəçinə çevrilib.

Zooparkda ən bahalı heyvan qaraqanad tovuzquşudur. Bu quş öz gözəlliyi ilə də seçilir.

Hazırda mini zooparkında 20-yə qədər nadir qırqovul, bir neçə növ tovuzquşu bəsləyən Murad quşların düzgün qidalanmasına, xəstəliklərdən qorunmasına böyük diqqət yetirir. Quş həvəskarı həm də xaricdən alıb gətirdiyi quşları özü çoxaltmaq fikrindədir.

Quşları adətən İrandan, Türkiyə, Rusiyadan gətirir. Bu quşlar peyvənd olur və öyrəşdilir. Həmçinin quşlar çöl şəraitində qalır. Azərbaycanın hansı yerinə aparsan, orada yaşaya bilər.