Həyətində narkotik yetişdirdi

heyetinde-narkotik-yetisdirdi
Oxunma sayı: 992

Şəkidə narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Həmzət Seyidov saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, şəxsi axtarış zamanı H.Seyidovdan narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman torpağa basdırılmış və kökündən çıxarılaraq kənara qoyulmuş ümumi çəkisi 2 kiloqram 400 qrama yaxın olan 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.