Həyətində narkotik yetişdirib satan şəxs tutuldu - Video

heyetinde-narkotik-yetisdirib-satan-sexs-tutuldu
Oxunma sayı: 1357

Abşeron rayonunda həyətində narkotik əkib sonra onu qurudaraq satan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş Pirəli İmamcanovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.

Abşeron RPİ Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həmin ünvana baxış zamanı Pirəli İmamcanovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi ümumi çəkisi 28 kiloqram olan 39 ədəd çətənə bitkisi, 200 qram marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və inkişafı üçün xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı toplanan materiallar araşdırılması üçün İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.