Xaçmazda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev tutulub. Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ş.Quliyev həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər