Həyətindən 33 kq marixuana çıxdı

heyetinden-33-kq-marixuana-cixdi
Oxunma sayı: 1730

Samux sakinində 33 kq marixuana, tüfəng və patronlar aşkarlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Xaliq Mustafayevin həyətyanı sahəsindən 33 kiloqram 685 qram marixuana, müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron götürülüb.