Həyətinə maskayla girib bıçaqla hədələdi

heyetine-maskayla-girib-bicaqla-hedeledi
Oxunma sayı: 900

Noyabrın 6-da saat 20 radələrində Xaçmazın Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib. 

“Qafqazinfo” xəbər verir ki, o, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.